Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan gəncləri diqqətdən kənarda deyil, dövlət hər zaman onun yanındadır

Azərbaycan gəncləri diqqətdən kənarda deyil, dövlət hər zaman onun yanındadır


"Cəmiyyətin əsas aparıcı qüvvəsi hesab edilən gənclərin vətənpərvər, milli ruhda, dövlətə, xalqa layiqli bir formada yetişməsi, tərbiyə alması dövlət qarşısında duran əsas prioritetlərdəndir. Sevindirici hal ondan ibarətdir ki, dövlət də qarşıda duran bu vəzifəni, prioroteti uğurla icra edir, gənclərə öz bilik və bacarıqlarını nümayiş etdirmək, mümkün potensialları və imkanlarından istifadə etmək üçün lazımı şəriat yaradır. Bu gün ölkədə həyata keçirilən uğurlu dövlət gənclər siyasətinin nəticələrə dayanan icrası fonunda bunu görmək mümkündür".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı 2 Fevral Gənclər Gününün əhəmiyyətindən danışarkən səsləndirib. İctimai Birlik sədri deyib ki, sözügedən siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və günümüzdə Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

"Məlum olduğu kimi 1997-ci ildən etibarən ölkədə 2 fevral tarixi hər il Gənclər Günü kimi qeyd edilir. Ulu Öndər Heydər Əliyevin 1997-ci il, fevral ayının 2-də imzaladığı fərman əsasında qeyd olunan bu gün ilk növbədə gənclərə verilən dəyər, qiymətin bariz təcəssümü idi. Gənclər üçün özəl bir günün müəyyən edilməsi, onun tarixiləşdirilməsi eyni zamanda onun göstəricisi idi ki, Azərbaycan gəncləri diqqətdən kənarda deyil, dövlət hər zaman onun yanındadır".

Arzuman Muradlı onu da deyib ki, Azərbaycanda 2 Fevral Gənclər Gününün qeyd edilməsi və onun Prezident fərmanı ilə tarixiləşdirilməsi həm də MDB və Şərqi Avropa məkanı üçün bir ilk idi:

"Təsadüfi deyil ki, həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməsinə başlanılıb".

Süleyman
Xəbəri paylaş