Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir

Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir


"Azərbaycan gənclərini 2 Fevral – Gənclər Günü münasibətilə təbrik edir, onların daha böyük uğurlar əldə edəcəyinə inanır və gələcəyə inamla addımlamalarını arzulayıram".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Mahir Süleymanlı səsləndirib. O deyib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və gənclərimizin inkişafına geniş imkanlar yaradılır:

"1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ümummilli Lider Heydər Əliyev gənclərimizin qarşısında yeni məqsəd və vəzifələr qoymuş, 1997-ci il 2 fevral tarixində isə imzaladığı Fərmanla həmin gün Azərbaycan Gəncləri Günü elan edilib. Bu əlamətdar gün gənclərin cəmiyyətdəki rolunu vurğulamaq, onların potensialını reallaşdırmaq və dövlətin daim göstərdiyi qayğını ön plana çıxarmaq məqsədi daşıyır".

Mahir Süleymanlı, "Azərbaycan gənclərinin gücü, bilik və təşəbbüskarlığı, onların iradəsi və liderlik qabiliyyəti cəmiyyətimizin davamlı inkişafına töhfə verir. Dövlət tərəfindən göstərilən hərtərəfli dəstək isə gənclərin qarşıya qoyduqları məqsədlərə daha asan çatmasına və yenilikçi ideyalarını uğurla reallaşdırmasına geniş imkanlar yaradır",-deyə vurğulayıb.

Süleyman
Xəbəri paylaş