
"Prezident İlham Əliyevin Çinə səfəri çox uğurlu oldu. Dövlət başçımızın səfər qrafiki ikitərəfli görüşlərin keçirilməsi baxımından çox zəngin oldu".
Bu fikirləri Newscenter.az-a Milli Məclisijn deputatı Azər Badamov səsləndirib. Millət vəkili bildirib ki, dövlət başçısı ÇXR Sədri Si Cinpinlə və bir çox dövlət başçıları ilə ikitərəfli görüşlər keçirərək ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi apardı:
"O cümlədən Çinin böyük korporasiyalarının rəhbərlərini qəbul edən dövlət başçımız ölkəmizin iqtisadiyyatının investisya potensialı haqqında onlara məlumat verdi. Həm də dövlət başçımızın səfəri ŞƏT təşkilatının 24-cü Zirvə Toplantısında iştirak etməklə bağlı idi. ŞƏT yeni əməkdaşlıq imkanları qurmaq və sözümüzü beynəlxalq auditoriyaya çatdırmaq baxımından səmərəli platformadır. Bu baxımdan dövlət başçımızın Çinə işğüzar səfərinin regional təhlükəsilzik və əməkdaşlıq imkanlarını müzakirə edilməsi baxımından çox əhəmiyyətli olduğunu hesab edirəm".
Süleyman