
"Dünən Biləcəri enişində baş verən dəhşətli qəzanın əsas səbəbi yol infrastrukturunun düzgün qurulmamasıdır".
Newscenter.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, ildə iki dəfə ağır tonnajlı yük maşınlarını iştirakı ilə ölümlə nəticələnən qəza olur:

"Qəza baş verən sərt dönüş olan yol bağlanmayib. Əsas məsuliyyəti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi daşıyır. Əgər, tədbir görülməyəcəksə, dünənki kimi ağır nəqliyyat faciələri yaşanacaq. Nə birinci, ne sonuncu olacaq. Oradakı sərt döngə ləğv edilməli və yol düzgün qurulmalıdır".
Süleyman