Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu yay nə qədər uşaq rəsmən işlə təmin olunub

Bu yay nə qədər uşaq rəsmən işlə təmin olunub


Bu yay Qazaxıstanda 5,5 minə yaxın yeniyetmə Enbek.kz vasitəsilə rəsmi iş tapıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.

Bu ilin may ayında “Enbek.kz” elektron əmək birjası platformasında yetkinlik yaşına çatmayanların məşğulluğu üçün “Mənim yay tətilim” adlı xüsusi bölmə yaradılıb. Tətil dövründə 14-18 yaşlı 5,4 min qazaxıstanlı iş tapıb. Bu, rəsmi rekorddur.

Ümumilikdə yay aylarında 16-18 yaşlı gənclər 13,6 min CV, 14-15 yaşlı yeniyetmələrin valideynləri isə 356 fərdi şəxsi hesab açıb, onlardan 112 nəfəri 129 CV-ni dərc edib.

Əmək Məcəlləsinə əsasən, 14 yaşından etibarən dərs saatlarından kənar sağlamlığa zərər verməyən və dərsə mane olmayan işlərin rəsmi şəkildə yerinə yetirilməsinə icazə verilir.

Mehman Mehdiyev
Xəbəri paylaş