Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda ölkə tarixində ən böyük kokain ələ keçirilib

Qazaxıstanda ölkə tarixində ən böyük kokain ələ keçirilib


Qazaxıstan 13 ton 183 kiloqram ağırlığında ölkə tarixində ən böyük kokain ələ keçirib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

"Vaxtında görülmüş tədbirlərlə, Almatıda respublika tarixində ən böyük birdəfəlik kokain daşınmasının qarşısı alınıb. Nəticədə çəkisi 13 ton 183 kiloqram olan kokain müsadirə edilib", - deyə məlumatda deyilir.

Bu yükün marşrutu Qazaxıstan ərazisindən üçüncü ölkələrə tranzit üçün nəzərdə tutulub.

Narkotik vasitələrin yayılması kanalı təşkil etməkdə şübhəli bilinən iki əcnəbi vətəndaş saxlanılaraq həbs edilib.

Anar Əliyev
Xəbəri paylaş