Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan Rusiyadan qaz tədarükünü artıracaq

Qazaxıstan Rusiyadan qaz tədarükünü artıracaq


Qazaxıstan Rusiyadan qaz tədarükünü artıracaq.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu məqsədlə Qazprom-un baş direktoru Aleksey Miller və Qazaxıstanın birinci vitse-naziri Roman Sklyar 2025 və 2026-cı illərdə Rusiyadan Qazaxıstana qaz tədarükünün artırılmasına dair saziş imzalayıblar.

Sənəd Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində imzalanıb.

Sənəd işçi görüş zamanı imzalanıb. Tərəflər qaz təchizatı, nəqli və emalı sahəsində əməkdaşlığın gedişatı və inkişaf perspektivlərini müzakirə ediblər.

Qazaxıstan hökumətinin verdiyi məlumata görə, Roman Sklyar “Qazprom” QSC ilə tərəfdaşlığın strateji xarakterini vurğulayaraq, Mərkəzi Asiya və Avrasiyanın enerji bazarlarının davamlı inkişafı üçün səylərin əlaqələndirilməsinin vacibliyini qeyd edib.

Mehman Mehdiyev
Xəbəri paylaş