
Aleksey Yerxov Rusiyanın Özbəkistandakı yeni səfiri təyin edilib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin müvafiq sərəncam imzalayıb.
Həmçinin, Putinin digər sərəncamı ilə Rusiyanın Özbəkistandakı səfiri vəzifəsində çalışan Oleq Malqinov vəzifəsindən azad edilib.
Aleksey Yerxov bundan əvvəl Rusiyanın Türkiyədəki səfiri vəzifəsində çalışıb.
Süleyman