
EKOAvrasiya İdarə Heyətinin sədri Hikmet Eren Xaricdəki Türklər və Əqrəba Topluluqlar (YTB) Başqanlığına təyin olunmuş Abdulhadi Turusu ziyarət edib.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Hikmet Eren özü verib. Bildirib ki, uzun illər həm ictimai, həm də vətəndaş cəmiyyətində üzərinə götürdüyü vəzifələrlə xaricdəki vətəndaşlarımız, soydaşlarımız və qohum icmalarımız üçün mühüm işlər görən Abdulhadi Turusla diaspor siyasəti, mədəni qarşılıqlı əlaqələr sahələri və beynəlxalq əməkdaşlığın perspektivləri barədə geniş müzakirələr aparılıb:
"YTB-nin xaricdə yaşayan milyonlarla insanla əlaqələrimizi gücləndirmək, ortaq mədəni irsin qorunub saxlanılması və Türkiyənin yumşaq gücünü daha da effektiv etmək üçün üzərinə götürdüyü missiya hər gün daha da kritik hala gəlməkdədir.
Abdulhadi Turus bəyin həm korporativ təcrübəsi, həm də sahə bilikləri ilə bu prosesə əhəmiyyətli töhfələr verəcəyinə ürəkdən inanırıq".
Süleyman