
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Monqolustan Böyük Dövlət Xuralının sədri Daşzeqviy Amarbayasqalan ilə görüşüb.
Newscenter.az Akorda-ya istinadən xəbər verir ki, Qasım-Jomart Tokayev səfərin ikitərəfli münasibətlərin möhkəmlənməsinə yeni təkan verəcəyini qeyd edib.
Prezident qeyd edib ki, ötən ilin oktyabrında Monqolustana səfəri nəticəsində hökumətlə müxtəlif qurumlar arasında əlaqələr möhkəmlənib. O, həmçinin bildirib ki, bu yaxınlarda Çində keçirilən ŞƏT sammiti çərçivəsində Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux ilə qısa söhbət edib.
"Monqolustan Asiyada bizim etibarlı və mühüm tərəfdaşımızdır. İki ölkə arasında möhkəm dostluq və strateji tərəfdaşlıq dərin köklərə malikdir. Çünki bizim adət-ənənələrimiz və mədəniyyətimiz oxşardır. Bizim də ortaq tariximiz var. Ona görə də əməkdaşlığın daha da gücləndirilməsi üçün birgə işləməyə hazırıq", - deyə Kasım-Jomart Tokayev bildirib.
Dövlət başçısının sözlərinə görə, çoxşaxəli əlaqələrin inkişafında parlament diplomatiyası mühüm rol oynayır. Bu baxımdan Qazaxıstan dost ölkə Monqolustan ilə strateji tərəfdaşlığın hərtərəfli möhkəmləndirilməsində maraqlıdır.
Görüşdə parlamentlərarası diplomatiya, ticarət-iqtisadi, regionlararası, mədəni-humanitar əməkdaşlıq məsələləri müzakirə olunub.
Mehman Mehdiyev