Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Neft-qaz sənayesində süni intellektin tətbiqi zəruridir

Neft-qaz sənayesində süni intellektin tətbiqi zəruridir


Neft-qaz sənayesində süni intellektin tətbiqi zəruridir.

Newscenter.az Akorda-ya istinadən bildirir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev neft-qaz işçilərini peşə bayramı münasibətilə təbrik edərkən deyib.

Tokayev bildirib ki, neft-qaz kompleksi ölkə iqtisadiyyatının çox mühüm sahəsidir:

"Ümumiyyətlə, ölkəmizdə neft-qaz sənayesinin özünəməxsus ənənələri və zəngin tarixi var. Bu sənayenin formalaşmasında və inkişafında bir neçə nəslin nümayəndələrinin böyük xidmətləri var. Sizi yaşlı nəslin layiqli davamçısı adlandırmaq olar. Hazırda neft-qaz sənayesində iki yüz mindən çox insan çalışır. Sizin gərgin əməyiniz sayəsində Qazaxıstanımız inkişaf edir və hər şeyə yüksək minnətdarlığımı bildirirəm".

Prezident ötən ilin Qazaxıstan neftinin 125 illiyinin qeyd olunduğunu xatırladıb və bu ilin də bu sənaye üçün əlamətdar il olduğunu qeyd edib. Bundan əlavə, Kasım-Jomart Tokayev Qazaxıstanın xammalın istehsalı ilə yanaşı, onun dərin emalına da böyük diqqət yetirdiyini bildirib.

O, Atırau, Pavlodar və Çimkent şəhərlərində yerləşən üç böyük neft emalı zavodunun modernləşdirildiyini, aparılan sistemli iş nəticəsində 13 milyona yaxın insanın təbii qazla təmin olunduğunu açıqlayıb.

Mehman Mehdiyev
Xəbəri paylaş