
Qazaxıstanda 27 min koldan çox narkotik tərkibli bitki götürülərək məhv edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyunun 1-dən oktyabrın 31-dək Qazaxıstanın cənub rayonlarında narkotik tərkibli bitkilərin vegetasiya dövründə genişmiqyaslı “Karasora-2025” əməliyyatı keçirilib.
Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Komitəsinin sədr müavini Kuandıq Aljanovun sözlərinə görə, 3 ay ərzində narkotiklərlə mübarizə üzrə xüsusi əməliyyat tədbirləri zamanı 677 narkotik cinayəti aşkarlanıb. Bunlardan 242-si insan alveri, 220-si isə sirr yetişdirilməsi faktı olub.
"Qanunsuz dövriyyədən 6 ton narkotik maddə, 2 ton marixuana, 47 kq həşiş, 3 ton sirr bitkisi, o cümlədən 155 kq sintetik narkotik vasitə və 8,5 ton prekursor aşkar edilərək çıxarılıb. 27 mindən çox koldan narkotik maddə olan bitkilər aşkar edilərək məhv edilib",-deyə məlumatda qeyd edilib.
Mehman Mehdiyev