
Kürdüstan Fəhlə Partiyasının (PKK) həbsdə olan lideri Abdullah Öcalanın fevralın 27-də tərəfdarlarına və silahlı qruplaşmalara silahı yerə qoymağa və özlərini (təşkilatı) buraxmağa çağırıb. Öcalanın bəyanatı ölkənin Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) mətbuat konfransında səsləndirib. Həmçinin Öcalan, ölkədə demokratikləşmə prosesinin daha da gücləndirilməsi və insan haqlarının qorunması istiqamətində hökuməti addımlar atmağa çağırıb.Göründüyü kimi,Turkiyə dövləti tərəfindən terror təşkilatı olaraq tanınan PKK-nın həbsdə olan lideri Abdullah Öcalanın bəyanatında, ölkədə demokratiya və insan haqları məsələsi də yer alır. Onminlərlə günahsız insanı qətlə yetirən ,ölkənin müxtəlif şəhərlərində terror aktı həyata keçirən və bundan dolayı insanların əmin-amanlığını əlindən alan,bu terror təşkilatı, gördüyümüz kimi insan haqlarından və demokratiyadan danışır.Əslində isə baş verənlər deməyə əsas verir ki,Türkiyədə demokratiya və insan haqları tam şəkildə təmin olunub. Ölkənin bütün siyasi partiyaları və bütün təbəqələrin proseslərə cəlb olunması, danışıqlar aparması və insanlara şans verilməsi, əlbəttə ki insan haqlarının müdafiəsi və demokratiyanın təzahüründən qaynaqlanır. İnanmaq lazımdır ki, hökumətin bu humanist addımını ölkənin bütün siyasi və etnik qüvvələri doğru yol olaraq qəbul edəcəklər. Xarici qüvvələrin,Turkiyəyə düşmən olan ölkələrin proseslərə maneələr yarada biləcəyi ehtimalları sözsüz ki olacaq. Amma, Türkiyə,AKP hökuməti bu problemin öhdəsindən gələ bildi və nə Türkiyə əvvəlki Türkiyədir, nə də ki,PKK əvvəlki potensiala malikdir. Bu baxımdan Ərdoğan hökuməti bu istiqamətdə bütün mövcud variantları gözdən keçirərək, yaxın gələcəkdə məsələni kökündən həll edəcəyini düşünürəm. Terrorçular arasında ikitirəlik baş versə belə, bunun heç bir halda əvvəlki tək gücü və imkanları olmayacağını düşünürəm.
Çingiz Şahbazi, siyasi ekspert