
Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi tərəfindən Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbində 1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, tədbirin təşkilində əsas məqsəd ictimaiyyətin diqqətinin fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi, bu sahədə mövcud vəziyyət və qarşıda duran məsələlərin müzakirəsi olub.
Tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə əhalisinin mülki müdafiəsinin təmin edilməsi sahəsində böyük uğurların əldə olunduğunu bildiriblər. Çıxışlarda ölkədə mülki müdafiə sahəsində görülən işlərdən ətraflı bəhs edilib, bu sahədə qarşıda duran prioritetlərdən danışılıb.
Sonra FHN-in Qarabağ Regional Mərkəzinin istifadəsində olan müasir texnika və avadanlıqlara baxış keçirilib, tədbir iştirakçılarına fövqəladə hallar zamanı xilasetmə işlərinin təşkili barədə ətraflı məlumat verilib.