
Şimali Kipr Türk Respublikası İqtisadi Əməkdaşlıq Təşkilatının 35-ci Regional Plan Şurasında təmsil olunub.
Newscenter.az Şimali Kipr nümayəndə heyəti İranın paytaxtı Tehranda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 35-ci Regional Plan Şurasının iclasında iştirak edib.
Görüş zamanı nümayəndə heyəti Şimali Kiprin uzun illərdir bütün səviyyələrdə müşahidəçi üzvü kimi əksər tədbirlərdə iştirak etdiyini xatırladaraq, Kipr Türk xalqının ədalətsiz embarqoların və təcridlərdən dolayı bu cür tədbirlərdə iştirak edə bilmədiyini vurğulayıb.
Qeyd edək ki, Şimali Kipr nümayəndə heyəti tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirib.
Anar Əliyev