Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

PKK aqibətini özü seçəcək

PKK aqibətini özü seçəcək



"PKK lideri A. Öcalanın təşkilatın buraxılması və tərəfdarlarına silahı yerə qoymaları ilə əlaqəli çağırış etməsi yarım əsrlik prosesin sonu ola bilmə ehtimalı səbəbindən gözləntilər arasındadır. Türkiyə dövlətinin 25 ildir həbsdə saxladığı ömürlük məhbus PKK lideri Öcalanın kürd hərbi birləşmələrinin buraxılması yolu ilə prosesi siyasi müstəviyə keçməsinə imkan yaradan addım atması uzun illərdir terror bəlası ilə mübarizəyə son qoyulması cəhdidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. O bildirib ki, Türkiyənin PKK terrorundan böyük əziyyətlər çəkmiş dövlət kimi ölkədaxili narazılıqlara baxmadan bu addımı atması siyasi gediş kimi tənqid olunsa da, proses nəticə verəcəksə, buna dəyəcək:

"PKK-nın terror təşkilatı kimi beynəlxalq güclərin əlində alət olduğunu və silahlanmasının onlar tərəfindən edildiyini nəzərə alsaq fikirləşmək olar ki, prosesin nəticə vermək ehtimalları zəifdir. Amma PKK-ya dəstək verən istər Avropa ölkələrinin bəziləri, istərsə də ABŞ-ın Türkiyə ilə olan son münasibətləri ümid etməyə əsas verir ki, prosesin nəticəsi olacaq. Türkiyənin, xüsusən də, onun lideri Ərdoğanın dünyada artan nüfuzu və rolu bu prosesin də maraqlı güclər arasında seçim etməsinə səbəb olacaq. Onların güclü Türkiyəni, yoxsa məhv olmaq ərəfəsində olan bir terror təşkilatını seçəcəkləri maraq doğurur".

Azər Qasımov qeyd edib ki, Yaxın Şərqdə və Suriyadakı mövcud durumu nəzərə alaraq Suriyanın qərbində yerləşmiş PKK-nın qolu olan PYD və ya buna oxşar birləşmələrin taleyi də bu müraciətə göstərilən münasibətdən asılı olacaq:

"Türkiyə ordusu hazır gözləyir. Nəticə olmayacaqsa, Türkiyə ordusu PKK-nı birdəfəlik məhv edəcək. Türkiyə dövləti öz böyüklüyünü göstərib son dəfə danışıq yolunu seçib. Öz aqibətini PKK özü seçəcək".

Süleyman
Xəbəri paylaş