
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgun xarici işlər nazirinin müavini Yalçın Rəfiyevlə görüşüb.
Newscenter.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycanla Türkiyə arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələr və onların inkişaf perspektivləri müzakirə edilib.
Görüş zamanı regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Süleyman