Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəhid ailəsi, Vətən qazisi daha çox İlham Əliyevçi, dövlətçi olmalıdır

Şəhid ailəsi, Vətən qazisi  daha çox İlham Əliyevçi, dövlətçi olmalıdır


"Şəhid ailəsi, Vətən qazisi, Müharibə Veteranı hamıdan daha çox İlham Əliyevçi, dövlətçi olmalıdır. Şəhid övladları, ailələri olaraq biz daha çox İlham Əliyevin ətrafında bərkiməli, ondan möhkəm yapışmalıyıq. Çünki O, şəhidlərin bizə əmanətidir. O şəhid olan əsgərlərin, zabitlərin Komandanıdır".

Newscenter.az xəbər verir ki, bunları ictimai-siyasi fəal Rəşad Quliyev deyib. O bildirib ki, İlham Əliyev sərkərdə kimi bizi təslimçi ruhundan azad edib, nəhayət qəddi dik millət olmamıza səbəb oldu:

"Çünki o, dədə babalarımızın son 200 illik məğlubiyyətçilik utancından bizi xilas etdi! (İrəvan, Dərbənd , Borçalı və sair)
Ona nifrət edənlər kimlərdir? Düşmən dəyirmanına su tökənlər, molla rejiminin vassaları, qulbeçələri.

Ona düşmən olan kimlərdir? 200 illik böyük Ermənistan xülyasına son qoydu, saxta yaradılmış , şar kimi üfürülmüş böyük Ermənistan xalqı pərdəsini yırtdı. Məhz bu erməni xülyasına xidmət edənlərdir İlham Əliyevə düşmən olanlar".

Rəşad Quliyev deyib ki, Onu hamı sevməyə bilməz, tənqid də edər, siyasəti ilə barışmaz, uğurlu siyasətçi hesab edə bilməz:

"Amma nifrət edən mənim millətimin nümayəndəsi, hətta bu şəxs veteran olsa belə mənim üçün saxta veterandır, yalançı qazidir, fəraridir, döyüş vaxtı orda-burda "saçokluk edib" səngərdə gizlənib, lakin təsadüf nəticəsində "Allahın bir lütfü olan bir qəlpə" ilə yaralanır və olur, qazi.

Qazi əlil olma mənasını daşımır, qazi həm də qalib döyüşçüyə və Müzffər Baş Komandana deyilir!

İlham Əliyev həm də Qazi İlham Əliyevdir və elə bu fakta görə Qazi, Qazinin ayağını tapdamaz. Əgər tapdayırsa, deməli o qazilik məfkurəsindən uzaqdır!

Gerçək, vətənini sevən şəhid ailəsi də bu qalib Liderinin əllərindən buraxmaz!

Mən şəxsən öz adıma deyirəm, o bugün Prezidentimdir, sabah Prezident olmasa belə mənim şəksiz Liderimdir!

Çünki O, Zəfərin və Müzəffər Ordunun memarı və Komandanıdır!".

Anar Əliyev
Xəbəri paylaş