
Azercell və Bakcell paket müddətlərini 28 günə salmaqla ildə ən azı təxminən 150 milyon manat əlavə gəlir əldə edəcək.
Newscenter.az xəbər verir ki, bunu Kanadanın Vaterlou Universitetinin müəllimi İlham Axundov deyib. O, ümid etdiyini bildirib ki, bu əlavə gəlirin əhəmiyyətli hissəsi məktəblərdə və universitetlərdə rəqəmsal savadlılığın artırılmasına, Startap və İT sahəsində fəaliyyət göstərən gənclər üçün təqaüdlərə və inkişaf proqramlarına sərf ediləcək:
"Eyni zamanda sosial cəhətdən həssas əhali üçün xüsusi və uzunmüddətli sosial tarif paketlərinə yönəldiləcək.
Bu ümid əsassız deyil. Çünki hər iki şirkət “Korporativ Sosial Məsuliyyət” prinsiplərinə sadiq olduqlarını bəyan edib".
Süleyman