Şuşada Bəyannamənin birinci ildönümünə həsr olunan beynəlxalq konfrans başlayıb
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda konfrans keçirilir. Newscenter.az-ın xəbərinə görə, konfransda....
İyunun 25-də Bakı – Füzuli – Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu üzrə ilk reys həyata keçiriləcək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti işğaldan azad edilmiş ərazilərə sərnişindaşımanın təhlükəsizliyi nəzərə alınmaqla ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutlarının yaradılması ilə bağlı işləri davam etdirir. Qarabağ....
ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gəlib
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycana səfər edib. Newscenter.az xəbər verir ki, Karen Donfrid iyunun 19-dək Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdə olacaq. Dövlət katibinin köməkçisi hər üç ölkə ilə diplomatik əlaqələrin 30-cu ildönümünü....
Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib
Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib. Newscenter.az-a Eenergetika Nazirliyindən daxil olan xəbərə görə, iclasdan əvvəl Böyük....
Şuşa Bəyannaməsinin imzalanmasından bir il ötür
"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının ildönümüdür. Newscenter.az xəbər verir ki, bu gün Bəyannamənin imzalanmasından bir il ötür. Şuşa Bəyannaməsi 2021-ci ilin iyunun 15-də Şuşada Azərbaycan....
Azərbaycan güləşçisi erməni rəqibinə qalib gələrək Avropa çempionu olub
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı davam edir. Newscenter.az-ın məlumatına görə, "Report" xəbər verir ki, yarışın 2-ci günündə yunan-Roma güləşində 5 çəki dərəcəsində qaliblər müəyyənləşib. Milli komandanın 4 üzvü fəxri kürsüyə qalxıb. Fəraim Mustafayev (55....
Ukraynada müharibə 10 il davam edə bilər
Ukraynada müharibə 10 il davam edə bilər. Newscenter.az-ın məlumatına görə, "Report" CNBC-yə istinadən xəbər verir ki, beynəlxalq tədqiqatçılar hesab edirlər ki, Ukraynadakı müharibə Rusiya ilə on ildən çox davam edəcək dondurulmuş münaqişəyə çevrilə bilər. Analitiklərə görə, Rusiyanın....
Binəli Yıldırım ŞUŞADA
Türkiyənin sabiq baş nazir, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım Şuşaya səfər edib. Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı tviter hesabında....
Qubada “KOB Fest” sərgi-satış yarmarkası keçiriləcək
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən növbəti “KOB Fest” sərgi-satış yarmarkası iyunun 18-də Quba rayonunda təşkil olunacaq. Bu barədə Newscenter.az KOBİA-ya istinadən xəbər verir. KOBİA Quba rayonunun sakinlərini və....
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb
Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb. Newscenter.az xəbər verir ki, sərəncamla Azərbaycan milli yığma komandasının 2022-ci il minifutbol üzrə Avropa çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının 2022-ci il....
42360 iribuynuzlu heyvan haqqında məlumatlar elektron sistemə daxil edilib
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı, Dünya Bankının dəstəyi ilə aparılan heyvanların identifikasiyası və qeydiyyatı prosesi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunu əhatə edib. AQTA-dan Newscenter.az-a verilən məlumata görə, 2021-ci il 15 dekabr - 2022-ci il 14 iyun....
Şuşa bəyannaməsi əbədi müttəfiqliyimizin qarantıdır
15 iyun Azərbaycan tarixinə həm də ən mühüm əlamətdar hadisələrdən biri kimi – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev tərəfindən Şuşa şəhərində Azərbaycan-Türkiyə arasında müttəfiqlik haqqında “Şuşa bəyannəməsi"ni imzalaması ilə qızıl hərflərlıə yazılıb. Şuşa....
Göygöl Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəfat edib
“Göygöl Rayon Mərkəzi Xəstəxanası”-nın baş həkimi Eldar Muradov bu gün vəfat edib. Newscenter.az xəbər verir ki, bu barədə onun yaxın dostu hüquqşünas Əli İbrahimov məlumat verib. Qeyd edək ki, Eldar həkim 3 may 1957-ci ildə anadan olub. 1975-1981-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin....
Londonda biznes tərəfdaşlığına həsr olunmuş tədbirlər keçirilib
Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclası çərçivəsində ölkələrin ticari-iqtisadi prioritetlərə nail olmasında biznes dairələrinin rolu mövzusunda....
Sumqayıtda əmək yarmarkası keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən işəgötürənlərlə birgə növbəti əmək yarmarkası Sumqayıt şəhərində keçirilib. Newscenter.az xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev, Milli....
“Mine Mark” Fondunun nümayəndə heyəti ağdamlı məktəblilərə təlim keçib
İyunun 14-də Niderlandın Haaqa şəhərində fəaliyyət göstərən “Mine Mark” Fondunun nümayəndə heyəti Ağdama səfər edib. Diasporla İş üzrə Dövlət Komitəsinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə dəstəyi ilə baş tutan səfər çərçivəsində Ağdam rayonunun Dördyol....
Prezident: "Bu günə qədər komanda idman növündə böyük uğurlara nail ola bilməmişik"
"Azərbaycanda idmanın inkişafı ilə bağlı çox işlər görülüb, ancaq bu günə qədər komanda idman növündə biz böyük uğurlara nail ola bilməmişik". Newscenter.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan milli....
İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandanı qəbul edib
İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib. Newscenter.az xəbər verir ki, dövlət başçısı görüşdə çıxış edib. Prezident İlham Əliyevin çıxışı: - Salam, ilk növbədə,....
Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
İyunun 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb. Newscenter.az-ın xəbərinə görə, bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə....













