Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məşhur iş adamı Aynur Camala bahalı hədiyyə bağışlayıb?

Məşhur iş adamı Aynur Camala bahalı hədiyyə bağışlayıb?


Newscenter.az.9.03.2019. ​"Dünya Azərbaycanlıları İttifaqının" və "Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun" Prezidenti Fizuli Məmmədov Azərbaycanın media rəhbərlərindən birinə bahalı hədiyyə bağışlayıb.

Newscenter.az xəbər verir ki, bu barədə Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev Rəşad Quliyev özünün facebook profilində yazıb. O, qeyd edib ki, hadisə xarici ölkələrdən birində tədbir zamanı baş verib:

"Hadisə mənim yanımda olduğundan mən bu hərəkətin canlı şahidi olmuşam. Brüsseldəydik. Aynur Camal hava limanına tələsirdi. Qaça qaçdaydı. Fizuli müəllim Aynur Camala müraciət edərək: "Qalın bizimlə çörək yeyin" təklifində bulundu. Aynur Camal da təəssüfflə qatıla bilməyəcəyini dedi və bunu onunla əlaqələndirdi ki, Bakıya uçmasına çox az vaxt qalıb. Fizuli müəllim bu məsələni həll edəcəyini dedi və dərhal köməkçisinə göstəriş verərək Aynur xanımın Bakıya uçuş tarixini dəyişməsini tapşırdı. Daha sonra Aynur Camalın ekonom klass olan biletini, bizness klasa dəyişdirdi. İlk dəfə üzünü gördüyü xanıma jest olsun deyə mühafizəçisini çağırtdırıb ona ən son model "Ayfon" aldırıb hədiyyə etdi".

Rəşad Quliyev daha sonra qeyd edib ki, bütün bunlara rəğmən media rəhbərinə bağlı olan saytlarda Fizuli Məmmədova qarşı şər kampaniyası aparılır.
Xəbəri paylaş