Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan və Çinlə dəmir yolu sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Qazaxıstan və Çinlə dəmir yolu sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib


Newscenter.az.11.04.2019. Koreyanın paytaxtı Seul şəhərində keçirilən Dəmir Yolları Əməkdaşlıq Təşkilatının Baş Direktorlar Konfransının XXXIV iclası çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bir sıra ikitərəfli görüşlər keçirib.

Newscenter.az-a Səhmdar Cəmiyyətdən daxil olan məlumata görə, “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri Sauat Mınbayevlə keçirilən görüşdə çıxış edən Cavid Qurbanov Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, ikitərəfli əməkdaşlığln genişləndirilməsi istiqamətində görülən işlər, həmçinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə daşımaların effektivliyinin və qarşılıqlı əlaqələndirmə işlərinin operativliyinin artırılması üçün böyük potensialın mövcud olduğu haqqında danışıb.

Görüşdə Azərbaycan və Qazaxıstan dəmir yolları arasında yük daşınması həcminin artırılması məsələləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivləri müzakirə olunub.
“Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin sədri Sauat Mınbayev çıxış edərək Azərbaycan və Qazaxıstan Dəmir Yolları arasında ikitərəfli əməkdaşlığın gələcək perspektivləri haqqında danışıb.
Daha bir görüş “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla Cin Dəmir Yolları baş direktorunun müavini Lyu Çjenfan arasında kecirilib.

Görüşdə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivləri, Çinin “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında BTNM-in əhəmiyyəti haqında müzakirələr aparılıb.
Xəbəri paylaş