Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstan Azərbaycan üçün, Azərbaycan da Gürcüstan üçün həyati əhəmiyyətə malik dövlətdir

Gürcüstan Azərbaycan üçün, Azərbaycan da Gürcüstan üçün həyati əhəmiyyətə malik dövlətdir


Newscenter.az.27.04.2019.
Bir-neçə gündür Gürcüstanla Azərbaycan arasında mübahisəli hesab edilən "Keçikçidağ" monastr kompleksi uğrunda mübahisələr aktivləşib. Gürcüstan prezidenti, Zurabaşvilinin Azərbaycanla sərhədə gəlməsi və Azərbaycanla sərhəd mübahisələrinin, delimitasiyasının nəhayət həyata keçəcəyinə ümid etdiyini bildirməsi, bundan sonra bir-neçə gürcü mətbuatında Keşikçidağda Azərbaycanın gürcüləri məbədə buraxmaması kimi xəbərlər tirajlanması gərginliyi artırdı. Bir-çox gürcü rəsmilər Keşikçidağ monastr kompleksinin Gürcüstanın sərhədlərinin tərkibinə keçəcəyinə ümid etdiklərini açıqladılar.

"Keçikcidağ" haqqında qısa məlumat verim.Keşikçidağ monastr kompleksi Azərbaycanın Ağstafa rayonu ilə Gürcüstanın Saqareco rayonu arasında yerləşir. Kompleksin bir hissəsi Saqarecoya digər hissəsi isə Ağstafaya düşür.Məbədin əsas hissəsi Ağstafada yerləşir.İlham Əliyevin fərmanına əsasən 2007-ci ildə məbədin yerləşdiyi ərazidə qoruq yaradılmışdı.
Gürcülərlə,azərbaycanlılar arasında bu kompleks uğrunda ciddi fikir ayrılığı var.Kompleks qədim alban məbədi hesab edilir.Lakin 11-ci əsrdə gürcülərin təsirinə keçir,daha sonra gürcüləşdirilir.Kompleks Qurucu David və Tamaranın dövründə Gürcülər üçün ayinlərə açıq elan edilir.Daha sonra isə kompleksə müxtəlif gürcü yazılar əlavə edilir. Lakin əvvəllər bu cür yazılar yox idi.Kompleks daha sonra Qarabağdakı Alban irsinin erməniləşdiyi kimi,bu monastr kompleksidə gürcüləşdirilir və hazırda "Gürcü Ortodoks kilsəsinə" tabedir. Qalanın yerləşdiyi ərazi strateji cəhətdən dağlıq ərazidir və buradan bir çox sərhədyanı məntələqələri aydın görmək olur.Hər zaman dağlıq və düzənlik ərazilərində nəzarət baxımından dağlıq daha böyük önəmə malikdir.Gürcüstan düzən ərazilərin bir qismini Azərbaycana verməyə razılıq versə də,əvəzində həm siyasi həm ideoloji cəhətdən daha önəmli "Keşikçi dağı" almaq istəyir.

Gürcüstanla Azərbaycan arasında insidentlərin ideoloji və tarixi aspektlərinə toxunmaq istərdim. Bizansın çökməsi və Konstantinopolun,Türklərin nəzarətinə keçməsindən sonra,gürcülər Xristian dünyası ilə quru əlaqəsi kəsildi.Üstəlik Gürcülər Səfəvi,Osmanlı kimi türk-islam imperiyalarının əhatəsində və nəzarətində olublar.Qacarlar və Səfəvilərin onlara hücumları onların etnopsixologiyasında qalıb.Gürcülər Azərbaycanı,Səfəvilərin varisi hesab edirlər.Nə qədər qəribə olsa da,gürcülər Abxaziya,Artvinin islamlaşmasında da,Səfəvini günahlandırırlar.Onlar qeyd edirlər ki,əgər Səfəvi olmasaydı,o zaman heç bir şəkildə islam amili burada olmuyacaqdı.Azərbaycan-Türkiyə bir millət iki dövlət formulu,islam və türk aspektləri gürcüləri narahat edir.Onların sayı 4 milyona qədərdi.Böyük türk-islam demoqrafiyası arasında ərimək istəmirlər.Azsaylıq xalqlar daima böyük xalqlara qarşı şovinizm siyasəti yürüdüblər.Çünki onlar itib batmaqdan çəkiniblər.Son Keşikçidağ insidentini bu aspektdə baxmaqda faydalı görürəm.Baxmayaraq ki,Azərbaycan,Gürcüstana böyük investisiyalar yatırır,onun rifah və inkişafına dəstək olur,lakin Gürcüstan yenə də,Azərbaycanı özünə təhdid hesab edir.Ermənistan və Rusiya ilə yaxınlaşmaq məhz bu aspektdən dəyərləndirməlidir.Təbii ki,Ermənistanla Gürcüstanın yaxınlaşması bizim maraqlarımıza ziddir.Çünki Ermənistanın istənilən deblokadası bizim anakonda taktikamızı zəiflədir.(Anakonda taktikası-Rəqibin strateji yollara çıxışını,böyük dənizlərə,nəqliyyat-kommunikasiya dəhlizlərinə çıxışını blokluyan rəqibi blokadada saxlayan siyasi gedişlərdi.İlk dəfə Amerikada istifadə edilib.Bu taktikanın davamı kimi Alfred Mahan konsepsiyası əsas götürülür.Alfred Mahan konsepsiyası dənizdə ağalığı ehtiva edən Amerika siyasi konsepsiyasıdır).Gürcüstan hər nə qədər Rusiya ilə düşmən olsa da,müəyyən hərakatlar var ki,onlar özlərinə Azərbaycanı Rusiyadan daha çox təhlükə görürlər.Bunlara misal olaraq panprovaslanist qruplaşmalar olan "Gürcü Marşı" və "Gürcüstan Vətənpərvərlər Alyansıdır" .Gürcüstanı Səfəvi və Qacarlardan məhz Rusiya xilas edib.Bu Gürcü ədəbiyyatında,etnodüşüncəsində həkk olunub.David Quramaşvilinin əsərlərində bunu açıq görmək olar.

Gürcüstan Azərbaycan üçün, Azərbaycan da Gürcüstan üçün həyati əhəmiyyətə malik dövlətdi.Ermənistanın işğalçılıq siyasəti ilə əlaqədar,Azərbaycan üçün tranzit ölkə və Qərbə açılan qapı məhz Gürcüstandı.Gürcüstan və Azərbaycan arasında gərginliyə yalnız Rusiya maraqlı ola bilər.Çünki,Gürcüstanın,Qərbə doğru getməsi,və sonda NATO və AB-a üzv qəbul edilməsi,regionda qüvvələr balansını dəyişəcək,Azərbaycanın rolunu artıracaq,ölkəmizə maximin yanaşmaya yol açacaq,Rusiyanın gücü balanslaşacaq,Azərbaycan birbaşa AB və NATO ilə sərhəd olacaq.Bütün bunlara görə rəsmi Bakı Gürcüstana dəstək verir və onun Avroatlantik inteqrasiyasını arxa fondan,özünün balans siyasəti ilə dəstəkləyir.Gürcüstanın üzv qəbul edilməsi,Azəbaycanın Qərbə doğru istiqamətlənməsi imkanlarını genişləndirə bilər.Bunu anlayan Moskva oyunu,Gürcüstanda qurur.Rusiyanın Gürcüstana təsir mexanizmləri,Azərbaycandan çoxdu. "Gürcü Ortodoks kilsəsi" , "Moskva provaslav patriarxlığının" kanonik ərazisidir. "Gürcü Marşı" kimi hərakatlar daha çox provaslavçıdır,həmçinin Gürcü iş adamlarının böyük qismi Rusiyadadır.Azərbaycan Cənubi Qafqazda Rusiyadan ən az aslı dövlətdir.Bu baxımdan Gürcüstan və Azərbaycan arasında insidentin arxa fonunda məhz Kremlin müxtəlif dairələrinin qaldığını düşünürəm.Çünki Gürcüstan və Azərbaycan arasında açıq gərginlik Rusiya üçün böyük dividentdi.Gürcüstan Azərbaycan qarşılıqlı strateji aslılığı olmasa,hər iki dövlət Rusiyadan daha çox aslı duruma düşər.Qərb də buna maraqlı deyil.

Kamran Sultanlı, müstəqil ekspert
Xəbəri paylaş