Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri FAO-nun DİM-lərə həsr olunmuş məsləhətləşmə tədbirində iştirak ediblər

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri FAO-nun DİM-lərə həsr olunmuş məsləhətləşmə tədbirində iştirak ediblər


Newscenter.az.18.05.2019
. Macarıstanın paytaxtı Budapeştdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Orta Asiya regionu üçün qeyri-formal məsləhətləşməsi ilə əlaqədar konfrans keçirilib.

Newscenter.az-a daxil olan məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Namiq Məmmədov və Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə konfransda iştirak ediblər.

Panel müzakirələr zamanı Firdovsi Fikrətzadə kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyi üzrə Davamlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində Azərbaycan hökümətinin həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirib ki, DİM-in müvafiq sahələr üzrə Azərbaycan üçün aktual olan hədəflərinin reallaşdırılması üçün zəruri institusional mexanizmlər yaradılıb və bu hədəflər hazırda icra edilən dövlət proqramları və strategiya sənədləri çərçivəsində kifayət qədər əhatə olunub: “2016-cı ildə təsdiqlənmiş “Kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi”nin və bu yaxınlarda təsdiq edilmiş “Qida təhlükəsizliyi sisteminin inkişafına dair Dövlət Proqramı”nın geniş əhatəli tədbirləri həm də DİM-in müvafiq hədəflərini özündə əks etdirir. Hər bir tədbirin icrasına məsul olan dövlət qurumları hökumətə mütəmadi hesabat təqdim edirlər. Bununla da Azərbaycan hökuməti tərəfindən DİM-in hədəflərinin icrası ilə bağlı institutlaşmış hesabatlılıq sistemi qurulub”.

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru əlavə edib ki, DİM-in müvafiq hədəflərinin icrasına digər maraqlı tərəflərin də cəlb edilməsinin institusional mexanizmi kimi Kənd Təsərrüfatı Nazirliyi və rayonlardakı hər bir Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM-in) yanında Fermer Şuraları yaradılıb. Qeyd olunub ki, bu Şuralar fermerlər və fermer təşkilatları ilə dövlət qurumu arasında çevik müzakirə platforması kimi çıxış edir. Bu isə DİM-in icrasında bütün maraqlı tərəflərin iştirakçılığının təmin edilməsi çağırışının reallaşdırılması baxaımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasında Davamlı İnkişaf Məqsədlərinin icrası üzrə qurulmuş effektiv institusional çərçivə və fermerlər qrupunun fəal iştirakının təmin edilməsi konfransın panel müzakirələrində iştirakçılar tərəfindən təqdir edilib.
Orxan
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri FAO-nun DİM-lərə həsr olunmuş məsləhətləşmə tədbirində iştirak ediblər
Xəbəri paylaş