Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Energetika naziri Mərkəzi Azəri platformasında olub

Energetika naziri Mərkəzi Azəri platformasında olub


Newscenter.az.10.06.2019. Energetika naziri Pərviz Şahbazov Mərkəzi Azəri platformasına baş çəkib.

Newscenter.az-a nazirlikdən verilən məlumata görə, nazir BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov və digər nümayəndələrin iştirakı ilə platformanın ərazisinə baxış keçirib, platformanın fəaliyyəti ilə tanış olub.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun cari vəziyyəti, Mərkəzi Azəri platformasında aparılmış profilaktik təmir işləri, platformada qurulmuş müasir texniki, təhlükəsizlik sistemi və planlaşdırılan yeni tədbirlər barədə məlumat verib.

Səfər zamanı həmçinin “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsinin növbəti mərhələsi olan “Azəri-Mərkəzi-Şərqi” layihəsi çərçivəsində görüləcək işlər diqqətə çatdırılıb.

Xatırladaq ki, Mərkəzi Azəri platforması Azəri yatağında quraşdırılmış üç platformadan biri olmaqla, Azəri-Çıraq-Günəşli layihəsinin 1-ci mərhələsində istismara verilib.
Xəbəri paylaş