Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovla görüşüb



Newscenter.az.29.10.2019. Oktyabrın 29-da Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovla görüşüb.

Newscenter.az xəbər verir ki, Vladimir Qyorqiyevi salamlayan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov ölkəmizdə aparılan sosial-iqtisadi islahatlardan danışıb. Milli statistika sisteminin təkmilləşdirilməsi, həmçinin Avropa standartlarına uyğunlaşdırılması sahəsində görülən işləri diqqətə çatdıran Komitə sədri Dövlət Statistika Komitəsinin nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən xarici ölkələrin statistika qurumları ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayıb.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev öz növbəsində səmimi görüşə görə təşəkkür edib, təmsil etdiyi qurum ilə Azərbaycan arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Görüşdə Dövlət Statistika Komitəsi və Beynəlxalq Miqrasiya Təşkilatı arasında cari əməkdaşlıq əlaqələri və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Xosrov
Xəbəri paylaş