Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xalq artisti BDU-nun qonağı olub



Newscenter.az.29.10.2019. Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə başlanan mədəni-kütləvi tədbirlər çərçivəsində Xalq artisti Röya Ayxan və Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli universitetdə qonaq olub, konsert proqramı təqdim ediblər.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, BDU-nun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutan konsert proqramında qonaqları salamlayan rektor Elçin Babayev müğənni Röyanı Xalq artisti adına layiq görülməsi münasibətilə təbrik edib. Qonaqlar universitetin 100 illik yubileyi ərəfəsində konsertə dəvət olunduqları üçün universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər. Nailə Mirmmədlinin bəstələrini ifa edən estrada müğənnisi Röya tələbələrə xoş anlar yaşadıb.

Aydan
Xəbəri paylaş