Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BDU-nun rektoru universitetin qocaman professorları ilə görüşüb



Newscenter.az.30.10.2019. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev universitetin bir qrup ağsaqqal professor-müəllim heyəti ilə görüşüb. Təhsil ocağından Newscenter.az-a bildirilib ki, rektor son vaxtlarda universitetdə həyata keçirilən islahatlardan, yeniliklərdən, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlərdən söhbət açıb.

Universitetin bir əsrlik yubileyinin qeyd olunması istiqamətində ciddi işlərin görüldüyünü bildirən rektor, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalının təsis edildiyini xatırladıb. Universitet kollektivinin sosial rifahının yüksəldilməsi istiqamətində atılan addımlardan biri kimi, əməkhaqlarının sentyabr ayının 1-dən hesablanmaqla orta hesabla 20 faiz artırılması haqqında qərar qəbul edildiyini söyləyib. Fakültələr, kafedralar, elmi-tədqiqat laboratoriyalarının, kitabxanaların tamamilə müasir vəziyyətə gətirilməsi üçün atılacaq addımlardan bəhs edib. Elçin Babayev həmçinin fakültələr üzrə professor-müəllim heyəti və əməkdaşlarla görüşlər təşkil edildiyini bildirib. Ağsaqqal professorlar Vasif Babazadə, Abuzər Xələfov, İzzət Rüstəmov, Məcnun Babayev, Ağalar Abbasbəyli, Həmid Vəliyev, Cahangir Məmmədli, Təhsin Mütəllimov, Ralfrid Həsənov, Məmməd Yaqubov, Qüdrət İsmayılzadə ölkənin aparıcı ali təhsil müəssisəsi olan BDU-dakı yenilikləri təqdir etdiklərini deyib, öz fikir və təkliflərini bildiriblər.

Tələbələrin yeni dərslik və tədris vəsaitlərinə böyük ehtiyaclarının olduğunu bildirən ağsaqqallar universitetdə nəşr işlərinin keyfiyyətinə, elmi məcmuələrin fəaliyyətinin yüksəldilməsinə diqqət göstərilməsini, BDU-nun professor-müəllim heyətinin elmi əsərlərinin tələbələrin əldə edə bilməsi üçün universitetdə kitab mağazasının yaradılması və s. təkliflərlə çıxış ediblər. Təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

R.Mehdiyeva
Xəbəri paylaş