Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azəriqaz" İstehsalat Birliyinin yeni baş direktoru kimdir?



Newscenter.az.1.11.2019. SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev “Qaz İxrac” İdarəsinin rəisi, “Azəriqaz” İB-nin baş direktorunun müavini Ruslan Əliyev isə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru vəzifələrinə sınaq müddətinə təyin olunublar.

Newscenter.az-a daxil olan məlumata görə, Birliyin kollektivi ilə keçirilən görüşdə çıxış edən SOCAR-ın Neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Qurbanov yeni təyinatlar barədə ətraflı məlumat verib və onlara uğurlar arzulayıb. Əkbər Hacıyev və Ruslan Əliyev də öz növbəsində SOCAR rəhbərliyinə onlara göstərdiyi etimada görə təşəkkür ediblər və bu etimadı doğrultmaq üçün səylə çalışacaqlarını bildiriblər.

Qeyd edək ki, Ruslan Yusif oğlu Əliyev yeni təyinata qədər 2015-ci ildən “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun Satış və İstismar üzrə müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Əliyev Ruslan Yusif oğlu 13 sentyabr 1978-ci ildə Yevlax rayonunun Marzılı kəndində anadan olub. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasının İstilik energetikası fakültəsində bakalavr, 1999-2001-ci illərdə Energetika və enerjimaşınqayırma istiqaməti üzrə magistr, 2004-2007-ci illərdə isə aspirantura təhsili alıb. 2010-cu ildə araşdırdığı elmi işi müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Bundan başqa Ruslan Əliyev 2011-2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə təhsil alıb. 2016-cı ildə elmlər doktoru proqramı üzrə Azərbaycan Memarlıq və İnşaat Universitetində dissertanturaya qəbul olub. 1999-2006-cı illərdə “Azenerji” ASC-də, 2006-2015-ci illərdə SOCAR-ın ayrı-ayrı təşkilatlarında müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildən 01.11.2019-cu ilə qədər “Azəriqaz” İB-nin Baş direktorunun Satış və İstismar üzrə müavini işləyib. Müxtəlif elmi jurnallarda 50-yə yaxın elmi məqalələri dərc olunub. Ruslan Əliyev fəaliyyəti müddətində əldə etdiyi nailiyyətlərə görə 2010-cu ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Fəxri Fərmanı ilə təltif olunub. Evlidir, üç övladı var.

Zaur
Xəbəri paylaş