Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qubada qarın hündürlüyü 14 santimetrə çatıb



Newscenter.az.3.11.2019. Azərbaycanın şimal bölgəsində yerləşən Quba və Qusar rayonlarının bir sıra dağlıq yaşayış məntəqələrinə qar yağıb.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, Qubanın dağ kəndləri olan Xınalıq, Qrız, Xaltan və Qonaqkənd kəndləri ağ örpəyə bürünüb. Ən çox yağıntı Qubanın Xınalıq və Qırız kəndinə düşüb.

Belə ki, kəndlərdə qarın hündürlüyü 14 santimetrə çatıb. Hər iki kənddə temperatur mənfi 10 dərəcəyədək aşağı düşüb.

Xaltan kəndindəki dağlarda isə qarın hündürlüyü 4 santimetr təşkil edir, temperatur kəskin dəyişməyib. Qonaqkənd qəsəbəsinə isə az miqdarda qar yağıb.

Həmçinin, Qusarın Ləzə kəndinə də qar yağıb. Qarın hündürlüyü 10 santimetr, temperatur 10 C° təşkil edib.
Xəbəri paylaş