Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMU-nun əməkdaşı beynəlxalq konqresdə iştirak edib



Newscenter.az.3.12.2019. Bakı Mühəndislik Universitetinin (BMU) Ümumi fənlər kafedrasının müdiri, t.ü.f.d., dosent Bilal Dədəyev İranın paytaxtı Tehran şəhərində keçirilən “İranda və İslam dünyasında tibbin tarixi ilə bağlı II Beynəlxalq Konqres”də iştirak edib.

Newscenter.az-a təhsil ocağlndan bildirilib ki, Tehran Tibb Elmləri Universitetinin təşkilatçılığı ilə gerçəkləşən konqresdə B.Dədəyev “Osmanlı dövlətində azərbaycanlı təbiblər (XV-XVI əsrlərdə)” adlı məruzə ilə çıxış edib. O, araşdırmasında 10 azərbaycanlı təbib haqqında arxiv və orta əsrlər dövrünün mənbələriəsasında ətraflı məlumatlar verib.

Qeyd edək ki, beynəlxalq tədbirdəbir çox xarici ölkələrin nümayəndələri də iştirak edib. Konqresə daxil olan məruzələr elmi toplu şəklində nəşr ediləcək.

R.Mehdiyeva
Xəbəri paylaş