Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AAYDA rəhbərliyi vətəndaşları qəbul edəcək



Newscenter.az.4.12.2019
. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev dekabr ayının 13-də Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək.

Agentlikdən Newscenter.az-a bildirilib ki, qəbul Mingəçevir şəhərində saat 11:00-da Heydər Əliyev mərkəzində keçirəcək. Qəbulda yalnız Mingəçevir şəhərinin sakinləri iştirak edə bilərlər.Qəbul zamanı vətəndaşların avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək.

Qəbula yazılmaq istəyənlər müvafiq rayonun Yol İstismarı MMC-də əvvəlcədən qeydiyyatdan keçə bilərlər. Qəbullar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.

Anar
Xəbəri paylaş