Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın hərbi aviasiya parkı işğalçı ölkə üzərində əzici qüvvəyə malikdir



Newscenter.az.29.12.2019. "Rusiyanın Ermənistana 4 ədəd " Su-35M" çoxfunksiyalı qırıcılar göndərməsi, bundan əlavə zenit raket silahları verməsi Moskva- Bakı əlaqələrinə təsir etməyəcək. Həmçinin, bu, Azərbyacan-Ermənistan arasında olan hərbi paritete təsir göstərməyəcək".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Onun sözlərinə görə, Azərbaycan kifayətqədər güclü hərbi arsenala malikdir və Ermənistana bundan sonra 20 il vaxt lazımdır ki, Azərbaycanın mövcud hərbi arsenal səviyyəsində imkanlara malik olsun:

"Ermənistana verilən qırıcı və zenit raket kompleksləri cüzidir və belə bir bahalı silahları Moskva forpostuna siyasi məqsədləri üçün verib. Qeyd edim ki, Azərbaycanın hərbi aviasiya parkı müasirdir və işğalçı ölkə üzərində əzici qüvvəyə malikdir. Amma, hərbi aviasiya parkında yenilənmələr mütləqdir. Əsasən Rusiya istehsalı MİQ-29 qırıcılardan artıq istifadə olunmamalıdır. Ölkəmiz çoxfunksiyalı hərbi təyyarə parkını Pakistan və Çin istehsalı olan qırıcılarla əvəz edəcək. Həmçinin Rusiyanın təklif etdiyi yeni qırıcı təyyarələrın alınmasını reallaşdırılacaq.
Moskvanın Yereavana verdiyi 4 ədəd qırıcı təyyarə heç də havada Azərbaycana üstünlük gəlməyə rəvac verməyəcək. Azərbyacanın güclü havadan müdafiə sistemləri həmin qırıcıların manevr imkanlarını sıfıra yaxınlaşdırır".

Politoloq deyib ki, qlobal müstəvidə yeni geostrateji dəyişikliklər yaşanır, yeni dünya nizamı qurulur və ötən əsrdə Qərbin Azərbaycana tətbiq etdiyi silah embarqosu işləmir:

"Azərbyacan Avropa və ABŞ-dan yeni nəsil qırıcı təyyarə almaq imkanını da nəzərdən keçirir. Gələn ilin sonuna qədər Qərbin qırıcı təyyarələrinin hərbi aviasiya parkında olması təəccüblü görünməyəcək. Bu da Ermənistanda panika yaradacaq. Azərbaycan Müdafiı Nazirliyi artıq belə bir qırıcı təyyarələrin alınmasını reallaşdırmalıdır. Təbii ki, Ermənistanın Azərbaycanla ayaqlaşmaq potensialında deyil".

Məhəmməd Əsədullazadə bildirib ki, Rusiya bu qırıcıları Ermənistana verməklə Paşinyanın özündən asılılığını artırır və bu ölkənin manevr imkanlarını daraldır:

"Rusiyanın əsas məqsədi heç də Azərbyacan üzərində Ermənistanı üstün etmək deyil. Məqsəd Paşinyanı təsir altına salmaqdır. Bununla da Ermənistanda "demokratik" inqilab abu-havası tarixə qovuşur. Əgər, Paşinyan Rusiyanın orbitindən çıxmağa cəhd edərsə, Rusiya verdiyi silahları geri alıb, Gümrüdəki öz bazasına gətirəcək. Bu silahlar yalnız Ermənistanın müstəqilliyinin qarşısnı almaqdan ötəri verilir".

Xosrov
Xəbəri paylaş