Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Voleybolçu qızlarımız Türkiyəyə yola düşüb



Newscenter.az.29.12.2019. Olimpiya lisenziya turnirinə hazırlığı davam etdirən Azərbaycanın voleybol üzrə qadınlardan ibarət milli komandası Bakıdakı təlim-məşq toplanışını başa vurub və bu gün Türkiyəyə yola düşüb.

Newscenter.az-a Azərbaycan Voleybol Federasiyasından bildirilib ki, millimiz Vasif Talıbovun baş məşqçiliyi ilə məşqlərin növbəti mərhələsini Türkiyə və Polşada keçəcək.

Yığmamız qonşu ölkədə yoxlama matçında da qüvvəsini sınayacaq. Voleybolçularımızın rəqibi “Fənərbaxça” və “Türk Hava Yolları” klubları olacaq. Bundan sonra Polşaya yollanacaq milli oradakı hazırlıq çərçivəsində yerli yığma ilə üz-üzə gələcək.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları üçün Avropa Olimpiya Təsnifat Turniri gələn il yanvarın 7-12-də Hollandiyanın Apeldorn şəhərində keçiriləcək. A qrupunda yer alan Azərbaycan millisi mübarizəyə ev sahibləri ilə başlayacaq. Ardınca Bolqarıstanla qarşılaşacaq yığma son matçda Polşa ilə üz-üzə gələcək. Digər qrupda isə Almaniya, Türkiyə, Xorvatiya və Belçika qüvvəsini sınayacaq. Yarışın qalibi Olimpiadaya lisenziya qazanacaq.

Aydan
Xəbəri paylaş