Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ATU Koronavirusla Mübarizə Fonduna 50 min manat köçürdü



Newscenter.az.24.03.2020. Azərbaycan Tibb Universiteti (ATU) Koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin müvafiq qərarı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.

Newscenter.az-a təhsil ocağından daxil olan məlumata görə, fonda universitet tərəfindən bu gün 50 min manat məbləğində vəsait köçürülüb.

Qeyd edək ki, koronavirusla mübarizə müddətində ATU-nun həkim heyəti, klinikaları və işçi qüvvəsi gücləndirilmiş rejimlə çalışır.

R.Mehdiyeva
Xəbəri paylaş