Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsmayıllı rayonunda aztəminatlı ailələrə sovqatlar paylanılıb



Newscenter.az.19.04.2020. Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə dövlət tərəfindən görülən tədbirlərə dəstək olaraq Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyinin həyata keçirdiyi “Biz birlikdə güclüyük” layihəsi çərçivəsində İsmayıllı rayonunda aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə sovqatlar paylanılıb.

Newscenter.az Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, sovqatlar “bizbirlikdegucluyuk.az” portalına və RİİB-in 150 Çağrı mərkəzinə daxil olan müraciətlər əsasında RİİB könüllülərinin iştirakı ilə İsmayıllı şəhəri və rayonun qəsəbə və kəndlərində ünvanlara çatdırılıb.

Mehman
Xəbəri paylaş