Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda koronavirusla bağlı bugünkü test sayı açıqlandı



Newscenter.az.11.05.2020. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 10-na olan statistik göstəriciləri açıqlayıb.

Newscenter.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 4 134 test edildiyi bildirilib.

Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 197 545 test aparılıb.

Ölkədə 2 589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, indiyədək koronavirusdan sağalanların sayı 1 680 nəfərə çatıb.
Xəbəri paylaş