Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili qalib məktəbliləri mükafatlandırdı



Newscenter.az.11.05.2020. "Dünyada hökm sürən koronavirus pandemiyası səbəbindən digər sahələrdə olduğu kimi, mədəniyyətin onlayn təbliği, insanların evdə asudə vaxtlarının səmərəli təşkili üçün Mədəniyyət Nazirliyinin start verdiyi yeni “Yaradıcılığı evdə öyrən - özünü kəşf et və bacarıqlarınla tanın!” adlı layihəsində Bakı şəhəri, Nizami rayonu (seçki dairəsindən asılı olmayaraq, bütün rayon ərazisini əhatə edib) üzrə qeydiyyatda olan vətəndaşlar da aktiv iştirak edib. Kreativ layihə çərçivəsində 1 ay davam edən müsabiqə 7 may tarixdə yekunlaşıb".

Newscenter.az xəbər verir ki, bu barədə məlumat verən millət vəkili Könül Nurullayeva deyib ki, bununla bağlı Nazirliyin rəsmi facebook səhifəsində hər gün xalq sənətkarlığı, aşıq musiqisi, rəsm, bədii qiraət, rəqs kimi mədəniyyətin müxtəlif istiqamətlərinə həsr olunan və ev şəraitində milli mədəni irsimizin bu növlərinin insanlar tərəfindən mənimsənilməsini ehtiva edən videodərslər paylaşılıb:

"Bu prosesdə müsabiqə iştirakçıları öz maraq dairəsinə uyğun sahəni seçməklə yeni məhsul hazırlayaraq, bu prosesi və hazır variantı evdə mobil telefon vasitəsilə çəkərək təqdim ediblər. Layihə üzrə müsabiqəyə qeyd edilən sahələr üzrə yalnız həvəskar şəxslər qatılıb. İstedadların hazırladığı və facebookda ən çox bəyənilən və baxış sayı yığan ilk 3 video qalib olub. Nəhayət ki, müsabiqənin qiymətləndirməsinə uyğun olaraq, qaliblərin mükafatlandırılması mərasimi keçirtdik. Mən mədəniyyətimizin onlayn təbliğinə xidmət edən müsabiqənin böyük maraqla qarşılanmasını müsbət hal kimi dəyərləndirirəm. Bu kimi layihələr insanlara təlim proqramlarından faydalanaraq, yeni bacarıqları kəşf etməyə və özünə əminlik hisslərini gücləndirməyə imkan yaradır. Bu cür müsabiqələrin davamlı olması vacibdir".

Qeyd edək ki, Orucova Məryam ????-???????? yer, Hacıyeva Leyla ????-???????? yer, Əliyeva Fidan və Paşazadə Cahan ????- ????ü yerin qalibi olub. ????-???????? yerin qalibinə ???????????????? ????????????, 2-ci və 3-cü yerin sahiblərinə isə pul mükafatı ilə yanaşı, hədiyyələr və sertifikatlar təqdim edilib.
Xəbəri paylaş