Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA sahibkarlar üçün növbəti videotəlim keçirib



Newscenter.az.12.05.2020. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sahibkarları maarifləndirmək üçün onlayn təlimləri davam etdirir.

Newscenter.az-a qurumdan bildirilib ki, AQTA növbəti belə təlimləri ictimai iaşə müəssisələrinin rəhbərləri və nümayəndələri üçün keçirib.

Maarifləndirici videotəlimdə pandemiya dövründə ölkə ərazisində fəaliyyət göstərən ictimai iaşə müəssisələrinin fəaliyyəti, epidemioloji vəziyyəti nəzərə alaraq müəssisələrdə işin təşkili ilə bağlı tövsiyələr, karantin rejimindən mərhələli çıxış üzrə ictimai iaşə müəssisələrində əməl edilməsi vacib qaydalar müzakirə olunub. Agentlik tərəfindən hazırlanan ictimai iaşə müəssisələrində COVID-19-un (koronavirus) profilaktikasına dair metodiki göstərişlərdə əksini tapan məsələlər sahibkarların diqqətinə çatdırılıb.

Otellər və Restoranlar Assosiasiyasının nümayəndələri ilə birgə keçirilən təlimdə sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Orxan
Xəbəri paylaş