Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Partiya sədrindən Paşinyana ismarıc: "Belə ciddi işlərə burnunu soxma"



Newscenter.az.17.05.2020. "Ermənistanın savadsız və səviyyəsiz baş naziri N.Paşinyan Berlində keçirilən bir təsbirdə M.Ə.Rəsulzadəyə dil uzadıb. Onu ikinci dünya müharibəsində nasistlərlə və Hitlerlə əməkdaşlıq etməkdə suçlayıb".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən AĞ Partiyanın sədri Tural Abbaslı deyib ki,bu hərəkəti ilə də guya öz aləmdə doğma babasının qaniçən faşistlərə köpəklik etməsi və nasist erməni Nijdenin ifşasına cavab verib:

"Bu bədbəxt və savadsız məxluğun xəbəri yoxdur ki, M.Ə.Rəsulzadə nasist Almaniyasıyla heç bir əməkdaşlıq etmədiyi və sazişlərə razılaşmadığı üçün oranı tərk etmək məcburiyyətində qalıb. Müharibə bitdikdən sonra da təmiz olduğu üçün heç bir məhkəmə prosesinə çəkilməyib".

Tural Abbaslı qeyd edib ki, Rəsulzadənin ideologiyasının nə olduğunu, hansı dəyərlər uğrunda mübarizə apardığını və ömrünü hansı dəyərlərə fəda etdiyini bütün dünya bilir:

"Odur ki, mənim bu təsadüfi bloger baş nazirə məsləhətim odur ki, get oyununu oyna, belə ciddi işlərə burnunu soxma. Əgər, illah da tarixi araşdırmaq istəyirsənsə köməksiz uşaq, qadın, qoca demədən 1918-ci ildə də Azərbaycanın müxtəlif şəhər və qəsəbələrində və 1992-ci ildə Xocalıda qətl etdiyiniz insanların taleyini araşdır".

Partiya sədri sonda onu da vurğulayıb ki, Qarabağımızın azadlığı isə belələrinin boğazını üzəcək Azərbaycan əsgərindən və şanlı ordumuzdan asılıdır:

"İnşaALLAH o günlər də uzaqlarda deyil".

Anar
Xəbəri paylaş