Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İctimai nəqliyyatda sürücüyə qarşı xuliqanlıq edən şəxs saxlanılıb



Newscenter.az.26.08.2020. “İctimai nəqliyyatda sürücüyə qarşı xuliqanlıq hərəkətləri törətməkdə şübhəli bilinən şəxs müəyyən olunub”.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, İdarənin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini, 1993-cü il təvəllüdlü Anar Nehmətli saxlanılıb.

O, etdiyi əməldən peşman olduğunu, hər kəsdən üzr istədiyini deyib.

Qeyd olunan hərəkətlərdə xırda xuliqanlıq, polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta görə İnzibati Xətalar Məcəlləsinin 510, 535-ci maddələri ilə onun barəsində toplanmış materiallar baxılması Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Xəbəri paylaş