ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Qarabağ məsələsi Ankara-Moskva gündəliyinə çıxacılır

24-09-2020, 14:27



Newscenter.az.24.09.2020. “Azərbaycan və Ermənistan arasında danışıqların yenidən başlanması istiqamətində intensiv müzakirələr gedir. Rusiya yenidən "Madrid prinsipləri" üzrə danışıqların başlanmasına çalışır”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, Rusiya XİN rəhbəri Sergey Lavrov Ermənistanla koordinasiyalı çalışır:

“Verdiyi təkliflər bütövlükdə Ermənistan və Rusiyanın maraqlarına xidmət edir. İndiyə qədər müzakirə olunan mərhələli və paket həll variantları bütövlükdə bir neçə rayonun azadlığı müqabilində Qarabağın müstəqilliyini özündə ehtiva edir. Bu həll variantları "Madrid prinsipləri" üzrədir”.

Politoloq deyib ki, bu illər ərzində aparılan danışıqlar bu istiqamətə olub, heç bir müsbət irəliləyişlər əldə edilməyib:

“Bunun səbəbi Ermənistanın Qarabağa müstəqillik tələbidir. Minsk qrupunun həmsədrləri də bu illər ərzində Azərbaycanı bu plana razı salmağa çalışıblar. Azərbaycan artıq "Madrid prinsiplərindən" imtina etməlidir. Danışıqların yalnız BMT qətnamələri əsasında aparılmasını tələb etməlidir. Əgər, bu kimi danışıqlar olmasa hərbi variantlara üstünlük verməlidir. Hazırda tarixi şans və şərait var. Ermənistan danışıqlar masasında BMT qətnamələrini qəbul etmir, Azərbaycana qarşı növbəti torpaq işğalını planlayır. Ona görə də Azərbaycan Ermənistanın danışıqlar mesajına öz beynəlxalq hüquqa əsaslanan təkliflərini verməlidir. Təbii ki, Ermənistan bu təkliflərlə razilaşmayacaq”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Qarabağ məsələsi Ankara-Moskva gündəliyinə çıxacaq:

“Bu, labüddür. Müharibənin başlanması bu prosesi sürətləndirə bilər. Müharibə Azərbaycanin maraqlarina cavab verir”.

Mehman

Oxşar xəbərlər
SON XƏBƏRLƏR