Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Beynəlxalq Könüllülər Forumunda təmsil olunur



Newscenter.az.4.12.2018. Rusiyanın Moskva şəhərində “Könüllülər ili” elan olunması ilə əlaqədar Beynəlxalq Könüllülər Forumu keçirilir. Newscenter.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, foruma 100-dən çox ölkədən 15000-ə yaxın könüllü qoşulub.

Forum müddətində iştirakçılar “Good deeds” proqramı çərçivəsində müxtəlif sahələrdə könüllülüklə məşğul olmaq, Rusiyanın xeyriyyə fondları, təşkilat və şirkətlərinin könüllü mərkəzlərini ziyarət etmək imkanı əldə ediblər. Həmçinin iştirakçılar könüllülük sahəsində aparıcı mütəxəssislərin iştirak etdiyi müzakirə və seminarlara qatılıblar.

Forumda Azərbaycanı təmsil edən gənclər arasında Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının nümayəndəsi Ağa Səlimov da var. Ağa Səlimov ötən il keçirilən Azərbaycan Tələbə-Könüllülərinin üçüncü forumunda “ən fəal könüllü koordinatoru” seçilib, 100-ə yaxın tədbirdə könüllü kimi fəaliyyət göstərib.
Forum dekabrın 5-dək davam edəcək.
Xəbəri paylaş