Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi gec tanıdığına təəssüf edib

Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi gec tanıdığına təəssüf edib


Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi gec tanıdığına təəssüf edib.

Newscenter.az bildirir ki, "Report"un erməni KİV-lərinə istinadən məlumatına görə, o bu barədə mətbuat konfransında bildirib.

"Bəli, 2022-ci ildə mən Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın onun tərkibində olduğunu tanıdım. Bu qərar xeyli əvvəl qəbul edilməli idi", - N.Paşinyan qeyd edib.

Baş nazirin sözlərinə görə, o, başa düşüb ki, Ermənistan qonşularının ərazi bütövlüyünü tanımadan öz ərazi bütövlüyünü tanıya bilməz, çünki onlar bir-biri ilə əlaqəlidir.

"Buna görə də 2022-ci il oktyabrın 6-da mən Ermənistanın Baş naziri kimi Ermənistanın ərazi bütövlüyünü tanıdım", - o bildirib.
Xəbəri paylaş