
Lavrov Pxenyandan dərhal sonra Pekinə gedib. Görüşdə "Trump 50 gün vaxt verib siz də bizə dəstək üçün təminatlar verin" deyə Si"yə müraciət edib. Si dəstək ifadə etsə də, Rusiya ilə sıx əməkdaşlıq üçün qarşı olan qruplar var. Hazırda Çində İranda SEPAH, Rusiyada Putin elitası ilə sıx əməkdaşlığa soyuq və isti baxan qruplar arasında kəskin mübarizə gedir.
Newscenter.az xəbər verir ki, bunları politoloq Pərviz Əliyev deyib. O bildirib ki, sentyabrda Putin Pekinə səfər edəcək:
"Təbii ki, Ukraynada çox şey dəyişəcək. Putin Pekinə güclü kartları olan oyunçu kimi gəlmək istəyir. İmperatordan yardım dilənən vassal kimi yox. Pxenyan bütün gücü ilə silah və insan resursları ilə, Pekin siyasi, iqtisadi dəstəyi ilə Kremlə istədiyi dəstəyi verəcək".
Anar Əliyev