Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda qaz kəməri partlayıb, yaralananlar var

Qazaxıstanda qaz kəməri partlayıb, yaralananlar var


Qazaxıstanda qaz kəməri partlayıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hadisə Almatı da qeydə alınıb.

Məlumata görə, “SantexKomplektGroup” MMC-nin podratçı təşkilatının nəzdində yeni çəkilmiş orta təzyiqli yeraltı qaz kəmərinin sıxılma işləri zamanı hava qarışığı sızıb. Nəticədə qaz xətti partlayaraq yaxınlıqdakı ağacları kökündən qoparıb. Bundan əlavə, yaxınlıqda dayanmış avtomobili aşırıb.

Hazırda hadisə yerinə baxış keçirilir və hadisənin səbəbləri müəyyənləşdirilir. Hadisənin baş verdiyi ərazi mühasirəyə alınıb. Məlumata görə, partlayış nəticəsində iki nəfər yaralanıb.

Anar Əliyev
Xəbəri paylaş