
14-15 iyul 2025-ci il tarixlərində Belçikanın Brüssel şəhərində NATO Parlament Assambleyasının “Aİ-NATO Əməkdaşlığı: Mühim Tərəfdaşlıq və Demokratik Dayanıqlılıq” mövzusunda 107-ci Rouz-Rout seminarı keçirilib.
Seminar Avropa Parlamenti ilə tərəfdaşlıq çərçivəsində və Təhlükəsizlik Sektoru İdarəçiliyi üzrə Cenevrə Mərkəzinin (DCAF) və İsveçrə Müdafiə, Mülki Müdafiə və İdman üzrə Federal Departamentinin dəstəyi ilə təşkil olunub.

Newscenter.az xəbər verir ki, seminarda Azərbaycanı Milli Məclisin deputatı, NATO PA-da nümayəndə heyətinin üzvü Samir Vəliyev təmsil edib.

Tədbirdə NATO-nun müttəfiq və tərəfdaş dövlətlərindən olan parlament üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, akademik dairələrin təmsilçiləri, qeyri-hökumət təşkilatları və aparıcı tədqiqat mərkəzlərinin ekspertləri daxil olmaqla yüzə yaxın iştirakçı bir araya gəlib.

Seminar çərçivəsində iştirakçılar hibrid təhdidlərə qarşı birgə mübarizə, demokratik institutların dayanıqlığının möhkəmləndirilməsi və Aİ ilə NATO arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində müzakirələr aparıblar.
Süleyman