
İran rejimi özünün ən ağır və çətin dönəmlərində də Azərbaycanla haqsız ədavətini davam etdirməsi təəssüf hissi doğurur. Baxmayaraq ki, İsrailin 12 günlük müharibəsi zamanı rəsmi Bakı cənub qonşusuna dost əlini uzatdı, hücumdan narahatlığını ifadə etdi. Azərbaycan hər zaman çalışıb ki, İranla münasibətləri normal, qarşılıqlı hörmət və maraqlara uyğun şəkildə qursun. Regionun təhlükəsizliyində və inkişafında birgə işləsin. Ancaq Tehran rejimi xislətini hər zaman fürsət düşdükcə açıq biruzə verir.
Bu fikirləri Newscenter.az-a siyasi şərhçi Əli Orucov son günlər İrandan Azərbaycana qarşı yönəlmiş təxribat xarakterli çıxışlara münasibət bildirərkən səsləndirib. O deyib ki, İran və Pakistan rəsmilərinin bu ölkədə keçirilən görüşündə iranlı məmur Vilayətinin Azərbaycan haqqında dedikləri sırf böhtandır və düşməncəsinə göstərilən münasibətdir:
"Eyni zamanda Azərbaycanın daxili işlərinə köbud müdaxilədir. Hər bir dövlət xarici siyasətini və beynəlxalq əlaqələrini müəyyənləşdirməkdə sərbəstdir. Bu suveren və müstəqil dövlətin BMT Nizamnaməsi və digər hamılıqla qəbul edilən hüquq normaları ilə tanınan haqqıdır. Suriyanın müvəqqəti prezidenti Şaraarın da Azərbaycana səfəri və İ.Əliyevlə keçirdiyi görüşləri, Suriya-Azırbaycan münasibətləri İranı qıcıqlandırmamalı, əksinə müsbət reaksiya verməlidir. Uzun illər qarşıdurma, müharibə və qan çanağına çevrilmiş Yaxın Şərq regionunda sabitliyə və inkişafa doğru göstərilən təşəbbüslər və atılan addımlar təqdir olunmalıdır. İranın buna qarşı getməsi bir daha sübut edir ki, Yaxın Şərqin acınacaqlı duruma düşməsində Tehran birbaşa məsuliyyət daşıyır".
Əli Orucov deyib ki, Xamenei tərəfdarları islam dünyasının parçalanmasına və qarşıdurmasına maraqlıdır:
"Bu fəaliyyətlərini də davam etdirirlər. Vilayəti bəsirət gözünü açsa görərdi ki, Azərbaycan İslam dünyasına və müsəlmanlara İrandan fəqrli olaraq fayda verməkdədir. Bu coğrafiyanın birləşməsinə və həmrəyliyinə ən çox can yandıran, çalışan ölkələrdən öndə gedənlərdən biri məhz Azərbaycandır. Bakı Türkiyə, Pakistan, BƏƏ kimi qüdrətli müsəlman dövlətləri ilə sıx dostluq və strateji əməkdaşlıq edir. Hesab edirəm ki, İslam dünyası nəhayətdə İranın həm regionda, həm də beynəlxalq aləmdə dağıdıcı və apardığı ayrımcı, düşmənçilik siyasətini durdursun".
Əli Orucov, "Ölkəmizin dünyanın siyasi, mədəni, idman və iqtisadi mərkəzinə çevrilməsi Azərbaycanın ən güvən ölkəsi olduğunun əyani sübutudur. Bunu İranın necə dəyərləndirməsi heç bir mənası qalmır".
Süleyman