Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çinin Sindao Universiteti ilə əməkdaşlıq edəilcək



Newscenter.az.4.12.2018. Çin Xalq Respublikasının Sindao Texniki Universitetinin materialşünaslıq fakültəsinin dekanı, professor Miao Jijun, dekan müavini, professor Lv Ping və professor Yu Guangming Azərbaycan Texniki Universitetində (AzTU) olublar.

Təhsil ocağından Newscenter.az-a bildirilib ki, qonaqları qəbul edən AzTU-nun prorektoru, professor İlham Pirməmmədov universitet haqqında geniş məlumat verib. Prorektor bildirib ki, son zamanlar AzTU ilə Çin Xalq Respublikasının bir neçə universiteti arasında aktiv əməkdaşlıq əlaqələri qurulub və bu görüş də, əlaqələrin genişləndirilməsində mühüm rol oynayacaq.

Sonra AzTU ilə Sindao Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə, əsasən universitetlər arasında tələbə və müəllim mübadiləsi, ikili diplomların verilməsi, birgə elmi tədqiqatların, konfransların və layihələrin həyata keçirilməsi nəzərdə tutulub.
Xəbəri paylaş