Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

QİÇS-lə Mübarizə Gününə dair tədbirlər keçirilib



Newscenter.az.4.12.2018. Paytaxt məktəblərində Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar tədbirlər keçirilib. Newscenter.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş maarifləndirici tədbir, konfrans, “Dəyirmi masa” və mühazirələr təşkil edilib. Həmçinin, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib, stend və guşələr hazırlanıb.

Tədbirlərin təşkilində əsas məqsəd şagirdləri QİÇS, eləcə də narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.

Tədbirlərdə məktəblilərə Ümumdünya QİÇS-lə Mübarizə Gününün yaranma tarixi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 1988-ci ildən başlayaraq hər il dekabrın 1-də Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. Həmin tarix dünya ictimaiyyətinin diqqətini qlobal miqyas almış İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunub.
Həmçinin, ölkəmizdə sağlam həyat tərzinin geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə olanların, QİÇS-ə yoluxmuş şəxslərin hüquqlarının müdafiəsi və reabilitasiyası istiqamətində görülən işlərdən bəhs edilib. QİÇS-lə mübarizəyə dair qəbul olunan qanun və proqramlardan danışılıb.
R.Mehdiyeva
Xəbəri paylaş